Bu gün Abşeron Gənclər Şəhərciyinin həyətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, “Chevrolet Cruze” markalı avtomobil orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
- Məktub 113 il sonra yetişdi...
- İsrail HƏMAS komandirini zərərsizləşdirdi
- Fidan misirli və qətərli həmkarı ilə danışdı
- Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov
- Almaniyada dron insidenti: Rusiya günahlandırılır
- Rusiya ordusu daha 3 kəndi işğal etdi
- ABŞ enerji bazalarını manipulyasiya edir - Arakçı
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı: Kiyevə xəbərdarlıq...