Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb.
Klubdan BUTA.TV-a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.
Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib.
Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Türkan Gündüzü qətlə yetirən ərinə hökm oxundu
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı - Video
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir
- Azərişıq ASC-nin yaranmasının 11 ili tamam olur
- Sabah Bakıya qar yağacaq
- Tərtərdə ağır qəza: ölən var - Foto