ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.
BUTA.TV xəbər verir ki, başsağlığı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edən zaman çatdırılıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
- Xameneinin öldürüləcəyini bilsəydim... - Qaimpənah
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu
- Rövşən Nəcəfin müşaviri oldu - Foto
- AFFA-dan “Qarabağ”a qarşı növbəti hörmətsizlik!
- Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb
- Rusiya 40 saatdır Kiyevi bombalayır
- Nepal bu ölkələrin yardımından imtina etdi
- Bu ünvanlardakı binalar sökülə bilər