Xəzər Rayon Polis İdarəsi (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
“Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.
- Xameneinin öldürüləcəyini bilsəydim... - Qaimpənah
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu
- Rövşən Nəcəfin müşaviri oldu - Foto
- AFFA-dan “Qarabağ”a qarşı növbəti hörmətsizlik!
- Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb
- Rusiya 40 saatdır Kiyevi bombalayır
- Nepal bu ölkələrin yardımından imtina etdi
- Bu ünvanlardakı binalar sökülə bilər