Türkiyə Milli Müdafiə Nazirliyi qurumun rəhbəri Hulusi Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Qars vilayətində keçirilən qış təliminin yüksək səviyyəli müşahidəçi günündən görüntülərini paylaşıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, qonaqlar ev sahibinin dəvəti ilə təlimlərdən sonra səhra xidməti bölüyünün obyektlərinə baxış keçiriblər.
Daha bir maraqlı məqam səyyar soba və mətbəx bölmələrində qeydə alınıb. Burada nazir Akarın bişirilən çörəyi azərbaycanlı həmkarı Z.Həsənovla yarı böldüyü görünür.
Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
- İspaniyada müdhiş oğurluq: 4 dəqiqəyə tarixi muzey soyuldu
- Kral öldü, yaşasın yeni kral: Norveç hökuməti təcili iclas keçirir
- Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - Foto
- Şara Məzlum Abdini özünə müşavir təyin etdi
- Jalə Əhmədova da tələbə oldu
- Tramp onu Moskvaya gizlicə göndərib – Səfərin detalları
- 1647-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı