Dünən Nərimanov rayonu ərazisində polis tərəfindən saxlanılmış 29 yaşlı Təbriz Şəfiyevin qəfil ölümü ilə bağlı bəzi faktlar üzə çıxıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, 29 yaşlı Təbriz Fərman oğlu Şəfiyevin hadisədən 2 gün əvvəl, yəni fevralın 1-də Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində tutulması məlum olub. Aparılan ilkin araşdırmalar zamanı Nərimanov rayon Məhkəməsinin qərarı ilə axtarışa verilən və 16-cı Polis Bölməsinin əməkdaşlarının tutuğdu şəxsin daha sonra Nərimanov rayon Polis İdarəsinə gətirilməsi və müvəqqəti saxlanma yerinə yerinə salınması müəyyən edilib. Cinayət Məcəlləsinin 234-cü (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə şübhəli bilinərək saxlanılan Təbriz daha sonra polis idarəsindən çıxarılaraq təcridxanaya aparılıb. Yolda olarkən o, polis idarəsinə məxsus “Mersedes” markalı xüsusi konvoy avtomobilində halı pisləşib və ölüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi 29 yaşlı şəxsin narkotik istifadəçisi olmasına görə öldüyünü açıqlayıb. Onun üzərində xəsarət olmadığı bildirilib.
- Ölkəmizdə övladlarına X, D adı qoymaq üçün nələr etdilər - Video
- Moskvada Bakı Şəhər Günləri keçiriləcək
- Azərbaycandakı tanınmış şirkət cərimələnə bilər
- DİN-dən bank kartları ilə bağlı xəbərdarlıq!
- İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır
- İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır
- Gürcüstanda zəlzələ oldu, Ermənistanda da hiss edildi
- Bakıda güclü yanan obyekt məşhur otel imiş