Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qarabağdan Ermənistana separatçı birliklər gətirilib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Ermənistana göndərilən dəstə Cermuk (İstisu) şəhərində yerləşdirilib. Bu birliklərə isə qondarma rejimin Təhlükəsizlik Şurasının hazırkı rəhbəri “Çolka” ləqəbli Ararat Melkumyan, “Milli Təhlükəsizlik Xidməti”nin rəhbəri Qraat Yesayan və “xüsusi təyinatlıların komandiri” Roland Aydinyan rəhbərlik edib.
Qəzet bu məlumatın sentyabrın 24-də Ermənistan rəsmiləri tərəfindən təkzib olunsa da, Araik Arutyunyanın Moskvaya getmədən öncə etdiyi çıxışı zamanı təsdiqlədiyini bildirib. Belə ki, 200 nəfərlik auditoriya qarşısında çıxış edən separatçı “lider” “sentyabr döyüşlərindən dərhal sonra Ermənistana qoşun göndərdik” sözlərindən istifadə edib. Bununla belə Arutyunyan qondarma rejimdə silahın olduğunu, amma Bakı ilə dialoqun həddən artıq vacib olduğunu sakinlərə çatdırıb.
Qəzet həmçinin ötən bazar günü keçirilən görüşün yeni detallarını da açıqlayıb. Belə ki, Arutyunyan çıxışı zamanı Ermənistan hakimiyyət nümayəndələrinin ona Qarabağla bağlı aktiv fəaliyyət apardıqlarını və beynəlxalq strukturlara müraciət etdiklərini bildirib. Lakin Arutyunyan bu prosesə inanmadığını söyləyib. Separatçı “lider” verilən bəyanatların heç bir dəyər kəsb etmədiyini vurğulayıb. Bunun üçün Ermənistanın 26 il ərzində BMT TŞ qətnamələrini icra etməməsini nümunə göstərən Arutyunyan Azərbaycan üçün də son verilən bəyanatların heç bir əhəmiyyəti olmayacağını deyib.
Qeyd edək ki, keçən bazar günü keçirdiyi görüşdə Arutyunyan həmçinin Rusiya sülhməramlılarına güvənməməli olduqlarını və separatçıların Bakı ilə birbaşa danışıqlara getməli olduğunu elan edib. O yalnız bunun sayəsində Laçın yolundakı vəziyyətin yoluna qoyulacağını bildirib.
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi
- Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?