Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin vitse-prezidenti Fuat Oqtaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
- Kelloqdan Ukraynaya: Vaşinqtonu dinləməyin, "bataqlıqdır"
- Ruslar sürətlə irəliləyirlər, çünki payıza qədər... - Qrabski
- Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi?
- Fəlakətdə ölən şəxsin meyitini taladılar - Video
- Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video
- 47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video
- Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
- Bu, ABŞ-İran toqquşmasına səbəb ola bilər - Rezai