Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.
Diplomatik nümayəndəlikdən BUTA.TV-a bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.
Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızıdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.
Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.
Yardımlar Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17 ünvanında toplanır.
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video
- Zakir Həsənov MN-in yeni obyektlərini yoxladı
- İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı - Yenilənib+Video
- İsmayıllıda 23 yaşlı kişi su kanalında batdı
- Bəhlul nə vaxt qayıdır? - Rəsmi açıqlama
- “City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit...