Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dini liderləri Azərbaycanın İrandakı səfirliyindəki törədilmiş terrora sərt münasibət sərgiləməyə dəvət edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşdə çıxış edərkən bildirib.
Şeyxülislam A.Paşazadə din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqəti yönəldib. Bildirib ki, bu yaxınlarda bəzi Avropa ölkələrində - İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirdi və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət edib.
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
- Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər
- İlham Əliyev Türkiyəni təbrik etdi
- Bakıdan PKK-nın ləğvi qərarına reaksiya