Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
- Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video
- 47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video
- Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
- Bu, ABŞ-İran toqquşmasına səbəb ola bilər - Rezai
- Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
- Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- “Bəlkə, cahillik edib rəqəm seçirik” - Video