Təxminən 10 gün əvvəl Araik Arutyunyan Rusiyaya getmişdi. O, 3-4 gün əvvəl Xankəndiyə qayıdıb. Onun ardınca “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib. Vardanyan hələ də Moskvadadır. Görünür, onu da Arutyunyan kimi Qarabağın “daxili siyasi” problemlərini müzakirə etmək və mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün dəvət ediblər.
BUTA.TV xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Qəzet iddia edib ki, “Laçın yolunun bağlanması” ilə Qarabağ “hökumət dairələrin”də gərginlik yaranıb:
“Dövlət nazirinin” istefası və hətta “parlamentin” növbədənkənar “seçki” mövzusu gündəmə gəlib. Azərbaycan da Laçın yolunun açılması müqabilində Vardanyanın istefasını tələb edir. Aydındır ki, Rusiya passiv müşahidəçi statusunu öz üzərinə götürüb: yol açılmır, Kreml Azərbaycana əks getmir, Qarabağın “daxili siyasi” həyatına qarışmır. Atmosferi qızışdırıb və Qarabağda parçalanma aparır. Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyədə görüşləri olub. İrəvanda Vladimir Putinlə görüşdən sonra Kreml ona daha çox etimad göstərir. Ona birbaşa deyiblər ki, “Vardanyan müdaxilə edərsə, onu işdən çıxarın”. Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyə ilə qayıtdığını bildirirlər. İndi də Vardanyan ona qarşı münasibəti öyrənmək üçün Moskvadadır. Ola bilsin ki, Vardanyan qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin”, - məlumatda deyilir.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi