Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin saytı məlumat yayıb.
Zelenski Britaniya xalqına və şəxsən Sunaka Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın hərtərəfli dəstəyinə görə təşəkkür edib.
“Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi səylərinə, genişmiqyaslı təcavüzün başlanmasından sonra göstərilən humanitar və maliyyə yardımına, Rusiya müharibəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm”, - Zelenski bildirib.
Zelenski Sunaka cəbhədəki vəziyyət və Ukrayna ordusunun silaha və digər hərbi texnikaya olan əsas ehtiyacları barədə məlumat verib. O, Rusiyanın hücumunu dayandırmaq və müvəqqəti işğal olunmuş bütün əraziləri azad etmək üçün Ukraynanın tərəfdaşlarından lazımi silahlar almasının vacibliyini vurğulayıb.
Liderlər, həmçinin müdafiə sahəsində əməkdaşlığı və ikitərəfli gündəliyin bütün spektrini, “sülh formulu”nun həyata keçirilməsi, Ukraynanın Avro-Atlantik inteqrasiyası, Britaniyadan gələcək dəstək, Britaniya tərəfinin Ukraynanın müharibədən sonrakı bərpasına cəlb edilməsi imkanları və bir sıra digər perspektivli layihələri müzakirə ediblər.
Eyni zamanda, Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakının qarşısının alınması məsələsi də müzakirə olunub.
- Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar
- Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı
- Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto
- Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı
- Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi
- Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
- İlham Əliyev bu şəxsləri təltif etdi
- Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır