Şahin Mustafayev Naxçıvana getdi

11:04 - 9 Fevral 2023 - GÜNDƏM

 Şahin Mustafayev Naxçıvana getdi

Fevralın 9-da Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana gedib.

BUTA.TV xəbər verir ki, səfər ümumilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.

Səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmüş işləri, su tutarlarında yığılan suyun vəziyyəti, suvarma və içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Muxtar respublikanın təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə təhlil aparmaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr sırasındadır.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər Təmizləyici Qurğular Kopleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı üzərində “Qaraçuq-1” panton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil kanalına baxış keçirəcəklər.

Nümayəndə heyəti səfər çərçivəsində muxtar respublikanın rəsmi şəxsləri ilə də görüşərək mövcud vəziyyəti dəyərləndirəcək, görüləcək işləri müzakirə edəcəklər.

Qeyd edək ki, nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, Azmelsutəsərrüfat ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol