Xarici İşlər Nazirliyi Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təyyarə ilə təxliyə olunması ilə bağlı təkliflərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlamasında təxliyələrin avtobuslar vasitəsilə həyata keçiriləcəyini deyib.
O qeyd edib ki, təyyarələrlə təxliyə barədə hələ ki, qərar yoxdur:
“Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Çünki axın çoxdur”.
A.Hacızadə qeyd edib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi ötən gün də davam edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
- Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi
- Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar
- Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı
- Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto
- Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı
- Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi
- Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
- İlham Əliyev bu şəxsləri təltif etdi