Necə oldu ki, İranın Zəngəzur bölgəsinin qarantına çevrilməsi fonunda düşmən Türkiyədəki zəlzələyə Paşinyan bu qədər tez reaksiya verdi, İrandakı zəlzələyə isə münasibəti sıfra bərabər oldu?
BUTA.TV xəbər verir ki, bunu erməni deputatı Andranik Tevanyan Ermənistanın Türkiyəyə yardım göstərməsinə toxunaraq deyib.
“Bir nömrəli sual ondan ibarətdir ki, niyə oxşar vəziyyətdə Nikol Paşinyan belə hazırlıq və çeviklik nümayiş etdirmir? Bu yaxınlarda dost İranda da zəlzələ baş verib. Paşinyanın təmsil olunduğu rəsmi İrəvan buna reaksiya vermədi və yardım göstərməyə hazır olduğunu bildirmədi. Bu müddət ərzində müttəfiq Rusiyada faciəli hadisələr baş verib, lakin Ermənistandan heç bir reaksiya olmayıb. Əgər Suriyadakı zəlzələ başqa vaxtda baş versəydi, o zaman bizim dost Suriyaya da İrandakı kimi rəftar olunacaqdı”, - o bildirib.
Zəruri olaraq qeyd edək ki, İrandakı zəlzələ Xoydadır və burada azərbaycanlılar yaşayır. Xoy zəlzələsinə İran hakimiyyəti özü belə yardım etmir, qonşu ölkələrin yardımından isə imtina edir.
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video
- Xidmət rəisi “neqodnı” olan vətəndaşlara - Çağırış etdi
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi