Naxçıvandan daha 10 TIR yardım Türkiyəyə göndərilib.
BUTA.TV xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlərdən zərər çəkmiş insanlara köməklik göstərilməsi məqsədilə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da qardaş ölkə üçün dəstək aksiyası başlayıb.
Göndərilən TIR-lardan birində Əlahiddə Ümumqoşun Ordu tərəfindən verilən 43 çadır dəsti, 2 mini generator, eləcə də, qızdırıcı, istilik ləvazimatları olub. İki TIR-da isə “Cahan” Holdinq kommersiya şirkətlər ittifaqı tərəfindən 40 tona yaxın müxtəlif qida, geyim və tibb məhsulları və Badamlı Mineral Sular Zavodu tərəfindən isə 35 ton su Türkiyəyə göndərilib. Digər 7 TIR-a isə əsasən qida, geyim, uşaq bezi, “Çınqıllı” suları, yataq, yorğan dəstləri, xalçalar yığılaraq göndərilib.
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video
- Xidmət rəisi “neqodnı” olan vətəndaşlara - Çağırış etdi
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi