İran vətəndaşı Biləsuvar rayonunun Səmədabad kəndində yol qəzasına düşərək ölüb.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi "Renault" markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
- Bu, ABŞ-İran toqquşmasına səbəb ola bilər - Rezai
- Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
- Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!