Amerika Birləşmiş Ştatları İranın neft-kimya və neft məhsullarının istehsalı, satışı və asiyalı müştərilərə daşınması ilə məşğul olan doqquz şirkətinə qarşı sanksiya tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, İranda yerləşən altı neft-kimya istehsalı şirkəti, Malayziya və Sinqapurda yerləşən üç şirkət “Trilliance” adından İranın məhsullarının satışı və daşınmasında fəallıq göstərib.
“ABŞ-ın sanksiyalarını pozan İran getdikcə daha çox neft məhsullarının satışı üçün Şərqi Asiyada alıcılara müraciət edir. Amerika Tehranın qeyri-qanuni gəlir mənbələrini hədəf almaqda diqqətini artıtır və bu ticarətə bilərəkdən yardım edənlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcək”, - ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisi Brayan Nelson deyib.
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?
- Ermənilər gəlir - İrəvandan anons, Bakıda hazırlıq
- Overçuk Şahin Mustafayevə təşəkkür etdi
- Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi
- Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar