Ali Məhkəmənin sədri Ramiz Rzayev səlahiyyət müddətinin başa çatması və yaxın günlərdə vəzifəsini tərk edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
“Buta.tv” xəbər verir ki, R.Rzayev Manset.az-a açıqlamasında qanunda hakimlərin yaşı ilə bağlı tələbin ona şamil edilmədiyini bildirib:
“Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var: Bir var qanun qəbul olana kimi hakim qəbul olunanlar, bir də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali Məhkəmədə isə 68 yaşdır. Mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar düzgün şərhini verə bilərlər. O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyəti yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm”.
- Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
- Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov
- Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır
- Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto
- Rusiya Şıxlinski ilə bağlı qərar verdi
- Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...
- Dikin Azərbaycanda missiyası başa çatdı: Unudulmaz 6 il...
- Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu