Səudiyyə Ərəbistanından Ukrayna sakinləri üçün nəzərdə tutulan 168 tonluq iki təyyarə humanitar yardımı Jeşuva hava limanına çatdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanının Ukraynaya göndərdiyi humanitar yardımın yük tikinti materialları, elektrik generatorları və dərmanlardan ibarət olduğu bildirilir.
Qeyd edək ki, fevralın 26-da Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əs-Səud Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra brifinqdə ölkəyə 400 milyon dollarlıq humanitar yardım paketi təqdim edəcəyini açıqlamışdı.
- Bakıda bu ərazilərdə şarj aparatları quraşdırıldı
- Sabah yağış yağacaq
- İsa Həbibbəyliyə yeni vəzifə verildi
- Bakıda uçan naməlum obyekt göründü - Video
- Su basmış yerlərdən suyun çəkilməsinə başlanıldı - Video
- Qatarla Rusiyaya keçməyə çalışan şəxs saxlanıldı - Foto
- Bu şəxslər nikaha daxil ola bilməyəcək? - YENİ TƏKLİF
- Vəzifəli şəxslər məsuliyyətə cəlb edildi - 64,3 milyon manatı...