Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər saxlanılıb
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqa
Araşdırmalar zamanı VAZ və LADA markalı avtomobillərin yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozması, avtoxuliqanlıq etməsi və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Hər iki sürücü saxlanılaraq barələrində protokol tərtib olunub. VAZ-2106 markalı avtomobilin sürücüsü məhkəmənin qərarı ilə 20 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq, konstruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər də saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı