Bu da son. Bizim üçün son, bizim üçün bitiş, bizim üçün ən axır dayanacaq... Sənin üçün isə yeni bir başlanğıc, yeni dostlar, layiq olduğun mühit, layiq olduğun sirdaşlar...
Kult.az xəbər verir ki, bunu ötən gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahinin həyat yoldaşı Aytən Həsənzadə sosial şəbəkə hesabında qeyd edib.
"İndi yanında Əhli Beyt, peyğəmbər dostları var. Bir ömür İmam Hüseyn dedin, indi tut ağanın əllərindən ürəyin əbədi gülsün... Əsl dostların yığılıb indi ərtafına...
Amma biz dostsuz, sirdaşsız qaldıq axı, Hacı. Üzü dönsün ayrılığın, dost itirmək nə ağır acı imiş. Mən bu həyatda nə uğur qazanmışamsa, sənin məsləhətlərinə qulaq asaraq, sənin düsturlarına əməl edərək qazanmışam.
Sərhədlə bağlı ŞOK ADDIM: Naxçıvana quru yolu bu istiqamətdən açılır
Kitabı, islamı, insanları, insanlığı, yaxşılığı, mərhəməti bizə sevdirən insan. İndi sayəndə ölümü də sevməyə başladıq, haqqını halal et bizə.
Mən elə düşünürdüm ki, sən 90 yaşında da o minbərdə ağ saç, ağ saqqalınla xütbələr edəcəksən.
Allah səni şəfaət mərtəbəsinə ucaltsın, bizim hamımızı şəfaət edəsən. Allah sənə rəhmət eləsin" , - deyə A.Həsənzadə qeyd edib.
- Kurskda zabit mina təmizləyərkən partlayışda öldü
- Zelenskidən Rusiyanın iri anbarlarının vurulmasına reaksiya
- Fransanın 50 şəhərində aksiya: ona görə Makrona etiraz edilir
- Lekornu vəzifəsini qorudu, Sejurne getdi…
- İsrail Livana kütləvi zərbələr endirir - Video
- Harris dəvəti qəbul etdi, Tramp da razılıq verəcək
- İrandan Ermənistana hərarətli təbrik: Tanrıdan diləyirik ki…
- Rusiya elan etdi: Terrorçularla danışıq aparmayacağıq!