Bu gün (artıq dünən – 4 mart) Xətai rayonundakı Bakının ən böyük hipermarketlərindən olan “Bravo”dakı “Unibank” bankomatına hücum və bank mühafizəçisinin öldürülməsi, əməkdaşının isə yaralanması ölkə gündəmini tamamilə zəbt etdi.
Bu, sıradan silahlı basqın və qarət deyildi:
1. Bakının ən böyük hipermarketlərindən birinə - məhz “Bravo”ya – hücum edilir;
2. Hadisə günün günorta çağı, saat 12 radələrində, insanların ən gur olduğu yerdə baş verir;
3. Hücum edənlərin birində avtomat silah var.
Qarət üçün qətiyyən doğru məkan və vaxt seçilməyib. Qeyri-rəsmi məlumata görə, cinayətkarlar cəmi 110 min manat pul aparıblar ki, bu da belə böyük səs-küy doğuracaq hadisə ilə müqayisədə simvolik rəqəmdir. Həmçinin basqınçılardan biri hücum edərkən mühafizəçinin dərhal başından güllələyir və onu qətlə yetirərək, dərhal da çölə çıxır.
Məkanın və vaxtın qeyri-peşəkar seçilməsinə baxmayaraq, hücum edənlər kifayət qədər peşəkar və soyuqqanlıdır. Bəs, niyə belə peşəkar qətl törətməyə qadir amansız soyğunçular gündüz, insanların çox olduğu və hər yerdə kameraların anbaan hər şeyi bir neçə rakursdan qeydə aldığı məkana girməlidirlər?
Bu, əslində Azərbaycan hüquq-mühafizə orqanlarına həm də meydan oxumaq, Azərbaycanda stabilliyin heç də göründüyü kimi olmadığı təəssüratını yaratmaq cəhdi idi.
Əlbəttə, ABŞ-da marketlərdə hər gün belə qətliamlar barədə xəbərlər gəlir. Ancaq Azərbaycan xalq və dövlət olaraq tamamilə fərqli ənənələrə söykənən dövlətdir və bu ölkədə belə hallar xarakterik deyil.
Bu baxımdan Daxili İşlər Nazirliyinin hansı operativ addımlar atacağı günorta saatlarından sosial şəbəkələrdə müzakirəyə çıxarıldı. Hətta DİN-ə qarşı ciddi iradlar və ittihamlar da səslənməyə başlamışdı və təkcə ölkədən kənardan deyil, daxildən də...
DİN-in fövqəladə səviyyədə səfərbər olunduğuna şübhə yox idi. Hər şey isə ardıcıl informasiyalarla davam edirdi:
- heç nə gizlədilmədi – hipermarketin daxili kameralarının qeydə aldığı hücum anı belə dərhal ictimailəşdirildi;
- həlak olan mühafizəçi ilə bağlı bütün məlumatlar qısa müddətdə rəsmən ictimailəşdirildi;
- cinayətkarların yaxalanması istiqamətində ən operativ tədbirlər görüldü və ictimaiyyət az qala bütün addımlardan – təbii ki, əməliyyat məlumatları istisna olmaqla – anbaan xəbər tuturdu.
Ölkənin daxilindən, xaricindən “Polis əgər bu gün cinayətkarları zərərsizləşdirməsə...” deyə hədələmə də gəlirdi: sanki bu kütləvi məkana səs-küylü hücumun ardınca DİN strukturlarına informasiya savaşının anonsu verilirdi – bütün istiqamətlərdə bu “savaşı” əsaslandıracaq baza hazırlanırdı.
Və gün başa çatmamış DİN bütün mümhüm savaşları və ehtimalları darmadağın etdi: hücum edənlərin gizləndiyi məkan müəyyən edildi və anında da əməliyyat keçirildi – “avtomatlı”ya müqavimət üçün aman da verilmədi, dərhal zərərsizləşdirildi, digəri isə yaxalandı.
DİN – bu hadisə ilə ona açılan atəşə sürətlə və peşəkarcasına reaksiya verməklə, bütün informasiya hücum mövqelərini məhv etdi.
Artıq kimsə DİN-in qeyri-operativ və qeyri-peşəkar olması haqda bir kəlmə də yazmır.
Daha kimsənin polisin Azərbaycanda stabilliyin qarantı olduğu haqda daşlaşmış rəyə qarşı çıxış etmə şansı yoxdur.
Əməliyyat bitməyib: polis hücum edənləri zərərsizləşdirib, indi isə hücumun “arxasındakılara” əl uzatmaqda israrlıdır.
Bir daha o fikirdəyik ki, bu hücumun arxasından çox çirkli niyyət və kirli əllər çıxacaq və bu əllərin Tehrana qədər uzanacağı ehtimalı da böyükdür.
Fakt isə faktlığında qalır: polis anında qatilləri zərərsizləşdirdi, bütün istiqamətlərdə nəzarəti əlinə aldı.
Bunun üçün ən ciddi riskə də getdi – yalnız özündən arxayın olan peşəkarlar şəhərin mərkəzində, insanların sıx olduğu məkanda kimsənin burnu qanamadan belə möhtəşəm əməliyyat keçirə bilər!
DİN bunu bacardığı üçün Azərbaycan vətəndaşları bu gecə də rahat yata bilərlər...
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi