Rusiya ilk dəfə bu təhlükəli bombadan istifadə etdi

08:02 - 5 Mart 2023 - GÜNDƏM

 Rusiya ilk dəfə bu təhlükəli bombadan istifadə etdi

Rusiya ordusu ilk dəfə Ukraynaya qarşı UPAB-1500V idarə olunan planlaşdırılmış bombalardan istifadə edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Defense Ekspress” məlumat yayıb.

Bildirilib ki, ruslar 1500 kq çəkisi olan bu yeni və kifayət qədər təhlükəli silahla bir neçə həftə əvvəl Çerniqov vilayətindəki obyektlərin birini vurublar.

Bu bombanın təhlükəsi ondan ibarətdir ki, UPAB-1500V inertial və peyk naviqasiya sistemi ilə təchiz edilmiş planlaşdırılmış bombadır və döyüş başlığı 1010 kq-dır.

Bu xəbər hal-hazırda çox oxunur
Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Eyni zamanda qeyd edilir ki, rusların bu bombadan istifadə etməsi yeganə haldır, çünki uzaq məsafəyə atılması üçün əhəmiyyətli hündürlüyə qalxması gərəkir ki, bu da onların müəyyən edilməsini və vurulmasını asanlaşdırır.

Rusiya UPAB-1500 bombasını ilk dəfə 2019-cu ildə nümayiş etdirib. Bomba 40 km məsafədə güclü mühafizə olunan obyektləri məhv etmək üçün nəzərdə tutulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol