Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Rüfət Rahib oğlu Həşimov dəfn olunub.
BUTA.TV xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Cinayətkar görülən tədbirlərlə zərərsizləşdirilib.
Xatırladaq ki, insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb. Mərhum Rüfət Rahib oğlu Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
- Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır
- Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət
- Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!
- Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı
- Kamran Əliyev həmkarını Bakıya dəvət etdi
- Üç nəfərin öldüyü yanğınla bağlı klinikanın direktoru həbs olundu
- Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB
- Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib