Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi
- Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto
- Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
- Bakıda qanlı dava: İki ayağından bıçaqlandı
- Ağdərədə ağır qəza: yaralılar var
- Sabahın hava proqnozu açıqlandı
- Yağış, dolu, duman, 32° isti - Sabahın havası