Bizə dedilər ki, Saakaşvili agentdir - Qaribaşvili

14:54 - 7 Mart 2023 - GÜNDƏM

 Bizə dedilər ki, Saakaşvili agentdir - Qaribaşvili

Avropa Parlamentinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək verən qətnaməsi biabırçılıqdır.

BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

“Mən Avropa Parlamentinin bir neçə həftə əvvəl qəbul etdiyi biabırçı qətnaməyə münasibət bildirmək istəyirəm. Əslində, bu adamlar gürcü xalqına və bizə dedilər ki, Saakaşvili onların agenti, xidmətçisidir. AP deputatları sadəcə olaraq gürcü xalqının rəyi ilə maraqlanmırlar. Onları maraqlandırmır ki, bu centlmen əzir, işgəncələrə məruz qoyur, insanları öldürür, biznesə qarşı terror edir, media azadlığını tamamilə boğurdu”, - Qaribaşvili bildirib.

Qeyd edək ki, ötən ay Avropa Parlamenti Saakaşvilinin səhhətinin pisləşməsi və ölkə hakimiyyətinin buna qeyri-adekvat reaksiyası ilə bağlı qətnamə qəbul etmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol