Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib.
"COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nəticəsində Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri oldu", - İlham Əliyev vurğulayıb.
Çinin Azərbaycana vaksinlər ayırmasını ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.
Prezident İlham Əliyev Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirib və onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi