Rusiyanın “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin “Çipsa” nişanlı artilleriya komandiri ilə görüşüb və onunla mərmi çatışmazlığını müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Priqojinin Teleqram kanalı məlumat yayıb.
“Təchizatların azalması səbəbindən hələ də kəskin sursatın çatışmazlığı var, ona görə də atəş tapşırıqlarının icrasını azaltmağa məcburdurlar. Eyni zamanda, düşmən artilleriyası fəallaşıb”, - deyə qeyd edilir.
Yevgeni Priqojin bildirib ki, artilleriya heyətinin fəaliyyət göstərdiyi yerə keçərkən atəşə tutulub.
“Sursat tədarükü davam edəcəkmi, cavab verməkdə çətinlik çəkirəm, biz tapşırıqlarımızı təyinatı üzrə yerinə yetirəcəyik”, - deyə o şikayətlənib.
Öz növbəsində “Çipsa” bəyan edib ki, Baxmutda döyüş tapşırıqlarını uğurla yerinə yetirmək üçün mərmi təchizatını ən azı 3 dəfə artırmaq lazımdır.
Onun sözlərinə görə, mövqelərə işə yararsız sursatlar çatdırılır:
“Müharibədə heç bir məhdudiyyət yoxdur. Ya tapşırığı yerinə yetiririk, ya da etmirik. Məhdudiyyət insan həyatının qiymətidir”.
- Bu məşhur şirkət gömrük qaydalarını pozdu və cərimələndi
- DİM bu imtahanın nəticələrini açıqladı
- Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq
- Bakı-Laçın-Bakı avtobusunun hərəkəti dəyişdirilir
- Bakıda binanın balkonu uçdu
- Zərifə Abbasova ölkədən qaçıb - İnterpol onu axtarır
- Bakıya yağan leysanın səbəbi...
- Modi Kazanda Putinə bunu hədiyyə etdi