Rusiya Hava Hücumundan Müdafiə sistemləri Bryansk vilayətinin Navlya kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
BUTA.TV xəbər verir ki, bunu sərhəd bölgəsinin qubernatoru Aleksandr Boqomaz deyib.
“Hadisə nəticəsində tələfat və dağıntı yoxdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində operativ xidmətə başlayıb”, - o bildirib.
Xatırladaq ki, martın 2-də ukraynalı diversantları Rusiyanın Bryansk vilayətində hücuma keçmişdi. Nəticədə iki nəfər ölmüşdü.
- Türkiyədə zəlzələ baş verdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...
- DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
- Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı
- Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş - Foto