İranın Culfa şəhərində “Qanuni sinfi” təşkilatının çağırışı ilə məktəb müəllimləri şagirdlərin zəhərlənməsinə görə etiraz aksiyası keçiriblər. Onlar hesab edir ki, zəhərlənmə hadisəsinin arxasında “Tərh Emin” layihəsinə qoşulan dindar müəllimlər dayanıb.
Bu barədə BUTA.TV-a Güney Azərbaycan İnsan Haqları Mərkəzindən məlumat verilib.
Bildirilir ki, bu layihə yeni fəaliyyətə başlayıb. Müəllimlərin iddasına görə, “Tərh Emin” layihəsi əsasında məktəblərdə dərs deyən müəllimlər molla rejiminin çirkin sifarişini yerinə yetirir.
“Bu layihənin iştirakçıları dini məktəblərdə təhsil almış müəllimlərdir və onlar məktəblilərin dini dəyərlərini tənzimləməkdə görəvlidilər. Məktəblərdə yeganə yad şəxslər bu müəllimlərdir. Kamera görüntülərində də məktəbə kənar şəxslərin girişi müşahidə olunmayıb. Məhz onlar rejimin göstərişi ilə qızları zəhərləyir. Müəllimlər tezliklə bu işin araşdırılmasını tələb edirlər. Onların gəldiyi son nəticə budur ki, molla rejiminin bu işə birbaşa müdaxiləsi var. Ona görə də hadisəni törədənlərin tapılması istiqamətində ciddi işlər görülmür. Uşaqlar arasında kritik psixoloji vəziyyət yaranıb. Valideynlər öz uşaqları üçün narahatdır. Bu səbəbdən də övladlarını məktəbdən və təhsildən yayındırmağa məcburdular”, - deyə məlumatda qeyd olunub.
- “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - Foto
- Bakıda qaya parçaları yola sürüşdü, ərazi nəzarətə götürüldü
- Bu məşhur şirkət gömrük qaydalarını pozdu və cərimələndi
- DİM bu imtahanın nəticələrini açıqladı
- Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq
- Bakı-Laçın-Bakı avtobusunun hərəkəti dəyişdirilir
- Bakıda binanın balkonu uçdu
- Zərifə Abbasova ölkədən qaçıb - İnterpol onu axtarır