Ramin Yektapərəst adlı İran əsilli Almaniya vətəndaşı son aylarda Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Almaniyada anadan olan Raminin 34 yaşı var. O, bir müddət Leverkuzen şəhərində əxlaqsızlıq yuvası işlədib.
Məlumata görə, Tehrandan olan Ramin Yektapərəst Almaniyada Babək J. adlı şəxslə əlaqə quraraq yəhudi məskənlərinə qarşı hücumların koordinasiya edilməsinə rəhbərlik edib.
Daha öncə Almaniya mətbuatı ölkənin kəşfiyyat orqanlarına istinadən xəbər vermişdi ki, bu şəxs şəhərdəki sinaqoqa silahlı hücum, Bohumda yəhudi sinaqoquna bağlı məktəbə "Molotov kokteyli" atmaq və Dortmunddakı sinaqoqa qarşı növbəti hücumu planlaşdırmağa görə məsuliyyət daşıyır.
Bazar ertəsi “Vaşinqton Post” qəzeti beş alman təhlükəsizlik rəsmisinə və iki Qərb kəşfiyyat rəsmisinə istinadən yazıb ki, o, Tehran vasitəsilə və SEPAH rəhbərliyi altında yəhudi sinaqoqlarına qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinir. Keçən il alman mətbuatı yazıb ki, Yektapərəst Almaniyadakı cinayətkar dəstələrlə tanışlığına görə əslində bu ölkədə SEPAH-ın “uzaqdan podratçısı rolunu oynayır”.
- Bu yolda sürət həddi endirildi
- AzTV-nin yaranmasından 70 il ötür
- Aeroport yolunda söküntü işləri başladı
- Almaniyada azərbaycanlılara belə münasibət göstərirlər...
- İlham Əliyev yerli kanallara müsahibə verdi - VİDEO
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI