Avropa Birliyi (AB) Rusiya kəşfiyyat gəmilərinə qarşı mübarizə aparmaq və kritik dəniz infrastrukturunu qorumaq üçün birgə dəniz patrulları və illik dəniz təlimləri tətbiq etməyi nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bunu AB-nin ətraf mühit üzrə komissarı Virginiyus Sinkyaviçyus deyib.
“AB-nin yenilənmiş dəniz strategiyası bu gün ictimaiyyətə açıqlanacaq. Sənəd peyk monitorinqinin genişləndirilməsini və üzv dövlətlər arasında kəşfiyyat məlumatlarının mübadiləsini də nəzərdə tutacaq. Kritik dəniz infrastrukturunun, gəmilərin fiziki və kiber təhlükələrdən qorunması zərurəti “Şimal axını” qaz kəmərlərinin partlayışlarından sonra yaranıb”, - o bildirib.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident