Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndi vasitəsilə Çoruh çayına, oradan da Qara dənizə axıdılacaq.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bu barədə Ərdahandan olan millət vəkili Orhan Atalayın açıqlamasına görə, Beşikkaya bəndinin ilk bloku 2023-cü il investisiya proqramına daxil edilib.
Məlumata görə, layihənin həyata keçirilməsinə 5 milyard TL sərf olunub.
"Ərdahandakı Kür çayı qarşısına SES qoyularaq Qara dənizə töküləcək. Lakin çay indi sərhədi keçərək Xəzər dənizinə tökülür", - məlumatda bildirilib.
Türkiyə və Gürcüstan ərazilərindən keçən Kür çayının böyük bir hissəsi Azərbaycanda yerləşir. Qeyd edək ki, son günlərdə Kür çayı demək olar tamamilə quruyub.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident