Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur. Son 10 ildə Forum öz uğurunu sübut edib.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.
"Dünyada Davos forumu deyilən bir anlayış var. Orada iqtisadi problemlər müzakirə olunur. Münhen Təhlükəsizlik Konfransında daha çox Avro-Atlantik miqyasda təhlükəsizlik məsələləri öndə dayanır. Ancaq burada çox fərqli baxış var. Burada müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur", - H.Hacıyev deyib.
Qeyd edilib ki, "Qafqazın Davosu kimi tanınan 10-cu Qlobal Bakı Forumu 2-ci gün panelləri ilə davam edib. Martın 9-da işə başlayan 10-cu Qlobal Bakı Forumu üçüncü gün sessiyaları ilə yekunlaşacaq.
Qlobal Bakı Forumu 2013-cü ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident