Türkiyənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox bina istismara yararsızdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum deyib.
"11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsini yekunlaşdırdıq. Qiymətləndirmənin nəticələrinə görə, 1 milyon 706 min binadan nəticə belədir: 821 min 302 bina dağılıb, ya da dağılmaq ərəfəsindədir", - M.Qurum bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Ölkədə 48 minə yaxın insan zəlzələ nəticəsində həlak olub.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident