Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamaları göstərir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəsə də, Qarabağ məsələsindən əl çəkmək niyyətində deyil.
İrəvan istəyir ki:
- Qarabağdakı ermənilər ətrafında hərbisiləşdirilmiş zona yaradılsın, Ermənistanla əlaqə xətti saxlanılsın;
- Qarabağa beynəlxalq qüvvələr gəlsin, ermənilərin təhlükəsizliyini qorusun.
Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, məsələyə hüquqi problem olaraq baxılmasında maraqlıdır. Bu, Azərbaycan sərhədləri daxilində “erməni anklavının” beynəlxalq zəmanət altında yaradılması deməkdir.
Bakı bunu qəbul etmir və etməyəcək, lakin hazırda Qərbin vasitəçiliyi ilə ciddi kulis danışıqlarının getdiyi də görünür və danışıqların irəliləməsindən öncə Qarabağdakı separatçılara qarşı praktiki addımların atılması masada da əlimizi gücləndirə bilər.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident