Belarus Prezidenti Aleksandr Lukaşenko “Ehtiyatda olan zabitlərin hərbi xidmətə çağırılması haqqında” fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Sənəddə 2023-cü ildə yaşı 27-dən az olan 230 nəfərə qədər kişi cinsindən vətəndaşın silahlı qüvvələrə çağırılması nəzərdə tutulur. Həmçinin hərbi kafedra və ya fakültələrdə ehtiyatda olan zabit hazırlığı ilə bağlı müvafiq proqramlar üzrə təhsil almış, zabit hərbi rütbəsi olan və ehtiyatda olan 20 nəfərədək şəxsin də sərhəd xidməti orqanlarına çağırılması qeyd olunub”, - məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, bu fərmanın icrası silahlı qüvvələrdə zabit heyətinin komplektləşdirilməsi səviyyəsini yüksəltməyə və səfərbərlik ehtiyatının yüksək səviyyəli hazırlığını təmin etməyə imkan verəcək.
Həmçinin vurğulanıb ki, sərəncamda nəzərdə tutulmuş tədbirlər hər il respublikanın silahlı qüvvələrində planlı şəkildə keçirilir.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...