Biz Qarabağ müharibəsindən əvvəl tez-tez Gorusdan Laçına gedərdik. Martın 8-də Anna Akopyanın erməni qadınları alçaltmaq cəhdindən sonra azərbaycanlılarla bağlı şahidi olduğum bir əhvalatı bölüşmək istərdim.
Kult.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Hasmik Babacanyan deyib.
“Azərbaycan rayonlarından birində kişilər dava etdilər. Dalaşanlar tamamilə qan içində idilər. Necə deyərlər, qan su yerinə axırdı. Hadisə yerinə dərhal polis və təcili yardım briqadası gəldi. Lakin polisin gəlişi də dava edənləri dayandıra bilmədi. Qəflətən bir azərbaycanlı qadın gəldi və qorxmadan dalaşanlara yaxınlaşaraq başından kəlağayısını açıb yerə atdı (Heç vaxt belə bir şey görməmişdim).
Sehrli filmlərdəki kimi dərhal mübahisə dayandı. Kişilər üz və bədənlərindəki qanı təmizləyib, təcili yardım avtomobili ilə xəstəxanaya getdilər.
Qadının belə etməsinin səbəbini soruşduqda bizə dedilər ki, Azərbaycanda xanıma, anaya olan hörmət əlamətidir. Ana başındakı kəlağayını kişilərin önünə atırsa, mübahisə dayandırılır. Azərbaycanda ananın belə hörməti, şərəfi var”, – Babacanyan bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan 8 Mart təbrik mesajında “Mən heç vaxt xoşbəxt erməni qadını görməmişəm. Bizə əsrlər boyu öyrədilib ki, xoşbəxtlik əxlaqsızların işidir” deyib. Onun bu sözləri erməni qadınlarına təhqir hesab edilib.
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...