Pentaqon 2024-cü ildə yeni silahların alınması və inkişafı üçün ümumi məbləği 300 milyard dollardan çox olan büdcə tələb edir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumi məbləğin silah ehtiyatlarının artırılması üçün tələb olunan 170 milyardlıq hissəsi Ukraynaya ötürülənləri əvəz etməyə, habelə Çinlə mümkün konfliktə görə raket ehtiyatlarının genişləndirilməsinə, yeni gəmilərin tikintisinə (32,8 milyard), dəniz donanması və dəniz piyadaları korpusunun (76,8 milyard), o cümlədən hava qüvvələrinin (61 milyard), quru qoşunlarının (24,4 milyard) silahlanmasına yönəldiləcək.
ABŞ ordusu 28 ədəd HİMARS, 5 mindən çox HİMARS raketi, 541 ədəd “Javelin” kompleksi də almaq niyyətindədir.
Pentaqon elmi-araşdırma və konstruktor-təcrübə üçün isə 145 milyard tələb edir.
Xatırladaq ki, daha əvvəl Ağ Ev yenidən departament üçün 842 milyard dollarlıq rekord büdcə istədiyi bildirilmişdi. Bu isə 2023-cü ildəkindən 26 milyard dollar və 2022-ci ildən təxminən 100 milyard dollar çoxdur.
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım
- Nikol müşavirə keçirdi: Ordunun modernləşməsi...
- Tokayevin qərarı Türkiyəni narazı sala bilər?
- “Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi
- Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı