Kılıcdaroğlunun şansı varmı? – Satanovskidən mühüm təhlil

13:50 - 11 Mart 2023 - GÜNDƏM

 Kılıcdaroğlunun şansı varmı? – Satanovskidən mühüm təhlil

Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədinin şansı sıfırdır.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib.

Satanovski bildirib ki, müxalifətin vahid namizədlə bağlı bundan axmaq razılığı ola bilməzdi:

“Razılaşmaya görə, CHP lideri Kamal Kılıcdaroğlunun 5 vitse-prezidenti olacaq – müxalifətdə təmsil olunan partiyalardan hər biri bir vitse-prezident təklif edəcək. Bu artıq axmaq konstruksiyadır. Niyə axıra qədər gözləməli oldunuz? Belə çıxır ki, müxalifətdə xırda alverçilər var, belə adamlara isə adətən səs vermirlər”.

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

Satanovski İYİ Partiyasının lideri Maral Akşənərin “Altılı masa”dan ayrılması, başqa namizəd irəli sürmə istəyi, daha sonra onların (İstanbul və Ankara bələdiyyə başçılarının) vitse-prezident olmasına razılaşaraq, geri qayıtmasından bəhs edib:

“Əvvəlcə bu adam (Maral Akşənər – red.) hamını təhqir etdi, sonra da geri qayıtdı. Daha sonra qərar verdilər ki, Kılıcdaroğlu prezident olarsa, İstanbul və Ankaranın merləri vitse-prezident təyin ediləcək.

Təsəvvür edin, ölkəyə 5 və ya 7 vitse-prezidenti olan şəxs rəhbərlik edir. Belə konstruksiya necədir? Vitse-prezident o şəxsdir ki, məsələn, prezident xəstələnərsə, onu əvəz edə bilər. Bütün bunlar seçicilərə göstərir ki, bu kiçik, boş və mənasız alverçilərə səs vermək olmaz.

Faktiki olaraq onlar Ərdoğana nəinki prezident, həm də parlament seçkilərində qələbəni hədiyyə etdilər. Müxalifət Ərdoğanla bacarmır, onlar axmaq, acgöz, mənasızdır”.

Ekspertin sözlərinə görə, müxalifət bütün şansını məhv edib:

“Bu gün Türkiyədə yalnız yüksək cərgədə yalnız siyasətçi var - kənd başçıları ilə danışan, zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkən, vicdansız podratçıları mühakimə edən Ərdoğan. O, aktivlik nümayiş etdirir”.

Qeyd edək ki, “Altılı masa” 6 martda Kamal Kılıcdaroğlunun prezidentliyə namizədliyini irəli sürüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol