Sumqayıtda nəqliyyatın hərəkəti ilə bağlı sınaq özünü doğrultmadı

15:28 - 11 Mart 2023 - GÜNDƏM

 Sumqayıtda nəqliyyatın hərəkəti ilə bağlı sınaq özünü doğrultmadı

Sumqayıtda işıqforun iş qrafikindəki dəyişiklik pik saatlarda nəqliyyatın hərəkətini iflic edib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, söhbət şəhərin Sülh küçəsindən gedir. Belə ki, Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində, “Yeddi göyərçin” abidəsinə çatana qədər yolda uzun tıxac yaranıb. Tıxacın yaranmasına səbəb isə ərazidəki yol ayrıclarında işıqforların işıqlarının intervalının artırılması olub.

Bundan əlavə, sözügedən istiqamətdə yolun sağ tərəfində avtomobillərin park edilməsi də yolda nəqliyyatın hərəkətini ləngidir. Bir müddətdir tətbiq edilən dəyişiklik artıq sürücülər arasında ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı Sumqayıt Dövlət Yol Polisindən bildirilib ki, sözügedən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yaşıl dalğa effekti yaradılmışdı:

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

“Həmin ərazidə hərəkətin fasiləsizliyini təmin etmək və sıxlığın qarşısını almaq məqsədilə işıqforlar arasında yaşıl dalğa yaradılması məqsədi ilə qısa müddətlik belə bir sınaq həyata keçirildi. Lakin sınaq zamanı bu hal özünü doğrultmadı. Həmin küçələrdə işıqforların iş prinsipi yenidən əvvəlki vəziyyətinə qaytarıldı”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol