Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İran hərbi təyyarəsinin sərhədimiz boyu uçması haqda qeyd edib.
“Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatların bir hissəsini xatırlayaq:
1. İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər;
2. İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar;
3. Azərbaycan torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar;
4. İran Azərbaycanla sərhəddə nümayişkaranə şəkildə hərbi təlimlər keçirdi;
5. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu;
6. İranda Azərbaycan vətəndaşı müəammalı şəkildə yoxa çıxdı;
7. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər.
İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək, qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı durduran deyil. Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimləri, ya da 2001-ci ildə olduğu kimi Türk Şahinlərin Bakı səmasında növbəti uçuşları durduracaq”, - o qeyd edib.
- Bakıda 20 milyona torpaq sahələri - Video
- Bakıda tələbə qızları izləyən manyak peyda oldu - Foto
- Azərbaycan hücum etsə, onlar İrəvana qaçacaq - Seyranyan
- Bakıda bu yoldakı uçqunla bağlı - Təfərrüat
- “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - Foto
- Bakıda qaya parçaları yola sürüşdü, ərazi nəzarətə götürüldü
- Bu məşhur şirkət gömrük qaydalarını pozdu və cərimələndi
- DİM bu imtahanın nəticələrini açıqladı