Baş DYP İdarəsinin YPX postunda 3 kq 550 qram narkotik maddə aşkar edilib.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Ötən gün Əkbərov Cavid Nuru oğlunun idarə etdiyi "Hunday Elantra" markalı 99-VP-411 nömrə nişanlı avtomobil gecə saat 00:15 radələrində nəzarət qaydasında Əlat-Astara-İran sərhəddi avtomobil yolunun 143-cü km-də, Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı YPX postunda saxlanılıb, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Sürücü C.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı avtomobildən ümumi çəkisi 3 kq 550 qram olan müxtəlif növ narkotik maddə (2 kq 850 qram heroin, 700 qram metafetamin) aşkar edilərək götürülüb. Sürücü rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycan və ABŞ arasında birgə investisiya platforması...
- Tarasov Zəngəzur barədə: İranı bu söz qorxudur
- Çərçivə Sazişi ilə bağlı mühüm açıqlama
- NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...
- Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
- Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto
- İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi
- Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək