2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib.
"Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.
Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib", - Hikmət Hacıyev vurğulayıb.
- Azərbaycan və ABŞ arasında birgə investisiya platforması...
- Tarasov Zəngəzur barədə: İranı bu söz qorxudur
- Çərçivə Sazişi ilə bağlı mühüm açıqlama
- NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...
- Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
- Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto
- İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi
- Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək