Hindistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmayacaq. Söhbət həm də Rusiyadan neft alışına qoyulan 60 dollar qiymət limitindən gedir.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
"Hindistan hökumət orqanları banklardan və treyderlərdən sanksiya məhdudiyyətləri qaydalarına riayət etmələrini istəyib. Hindistan hökuməti rəsmi şəkildə Qərbin sanksiyalarını dəstəklədiklərini bildirməyiblər. Ancaq onlar G20 sammiti çərçivəsində ABŞ və digər G7 ölkələri ilə ətraflı müzakirə aparıb və Dehlinin mövqeyi bəyənilib", - məlumatda deyilir.
Qeyd olunur ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Hindistan və Çin Rusiya neftinin ən böyük alıcıları olub:
"Hindistanın Baş naziri Narendra Modi enerji inflyasiyası ilə mübarizə aparmaq üçün vəziyyətdən istifadə edib. Bir il əvvəl bu ölkə demək olar ki, Rusiya neftini almırdı. Lakin sanksiyaların tətbiqindən sonra Cənubi Asiya Rusiya üçün əsas bazara çevrildi.
Hindistanın hazırkı mövqeyi sanksiyaların yoxlanılması səbəbindən üzə çıxacaq pozultuya görə mümkün məhdudiyyətlərin tətbiqi qorxusundan irəli gəlir".
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident