Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru olardı.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
Nazir qeyd edib ki, lakin bundan əvvəl akademik muxtariyyətin nə olduğu qanunda vahid bir tarif şəklində öz əksini tapmalıdır:
“Qanun elə çevik formada yazılmalıdır ki, hökumətə və digər qurumlara daha səmərəli işləməyə imkan versin. Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, lakin qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının ləngiməsi də qanunvericilikdə problemin olmasıdır”.
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident
- Tahir Gözəl və Qurbanov “Sabah”ı alqışlayır - Video
- Hörmüz boğazı İranın mülkiyyətidir - Arif
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH