Bakıda yaşayış binası yanır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Nazirlikdən isə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
- Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?
- Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - Video
- İlhamiyyə Rza televiziya karyerasını bitirdi
- Yol polisindən sürücülərə müraciət
- Keçmiş rəis qəfil öldü - Foto
- Qar yarım milyonluq sığorta zərərinə səbəb oldu
- Bu yolda sürət həddi endirildi
- AzTV-nin yaranmasından 70 il ötür