Baxmut ətrafında vəziyyət kritik həddə yaxınlaşır.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, bütün analitiklər üçün gözlənilmədən bu kiçik şəhərcik hərbi əməliyyatların əsas nöqtələrindən birinə çevrilib:
“Baxmut ətrafında vəziyyət birmənalı deyil. Bir tərəfdən Rusiya qoşunları mühasirəni getdikcə daha da gücləndirir. İndi güclü atəşə tutulan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində yalnız bir yol qalıb. Və bu yolu “Vaqner” hər an kəsə, 10 minə qədər ukraynalı əsgər tələyə düşə bilər. Digər tərəfdən, mühasirəyə alınanları blokadadan çıxarmaq üçün Ukrayna ordusunun böyük bir qrupu, 40 minə qədər insanı cəmləşdirdiyi barədə məlumatlar var. “Vaqner”in cinahlarına zərbələr endirmək planlaşdırılır".
Qeyd edək ki, ötən gün “Vaqner” muzdlularının rəhbəri Priqojin Ukraynanın əlavə qüvvələr cəlb etdiyini, vəziyyətin çox pis olduğunu bildirmişdi.
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident
- Tahir Gözəl və Qurbanov “Sabah”ı alqışlayır - Video
- Hörmüz boğazı İranın mülkiyyətidir - Arif
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH